Əkinçilik İnstitutunda Elm Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Hit: 263
Əkinçilik İnstitutunda Elm Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda 27 Mart - Elm Gününə həsr olunmuş “Azərbaycanda Kənd Təsərrüfatının inkişafında elmin rolu” mövzusunda tədbir keçirilib.
 
Tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova ölkəmizdə elmin sürətli inkişafının elmə böyük qayğı göstərən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb və Azərbaycanda kənd təsərrüfatının inkişafında elmin rolundan söz açıb.
 
Sonra ƏETİ-nin əsasını qoyan, Azərbaycan xalqının zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirən, aldığı dəyərli nəzəri - tətbiqi nəticələrlə dünya biologiya elminin xəzinəsinə öz töhfələrini verən görkəmli şəxsiyyət, akademik Cəlal Əlirza oğlu Əliyevə, Milli Kənd Təsərrüfatı Tədqiqatları Sisteminin inkişafında böyük xidmətləri olmuş aqrar elmlər üzrə fəlsəfə doktoru Əsəd Cənnət oğlu Musayevə, o cümlədən ƏETİ-nin alimlərinə həsr olunmuş videoçarx nümayiş olunub. 
Çıxış edənlər bildiriblər ki, bu gün institutda çalışan alimlərin əksəriyyəti C.Əliyevin və Ə.Musayevin bilavasitə yetirmələri və davamçılarıdır. Qeyd olunub ki, Azərbaycanda elmə tarix boyu böyük dəyər verilib. Bu gün elm ən yüksək inkişaf mərhələsinə çatıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında elmi innovasiyaların tətbiqi böyük rol oynayıb. Cəmiyyətin inkişafında elmin rolundan bəhs edərək, qədim tarixi və böyük ənənələri olan Azərbaycan elminin bu gün ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrildiyi bildirilib. 
 
Milli dövlətçilik maraqları əsasında inkişaf etdirilən elm ölkəmizdə daha işıqlı sabahların yaradılmasına yeni güc və qüvvət verir. Son illər ölkədə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində dövlət əhəmiyyətli tədbirlər həyata keçirilir.
1
1
1
1








Redaktorun seçimi