Azərbaycanda dəhşət: qış yuxusundan ayılan ayılar kəndə hücum etdi - FOTOLAR

Hit: 359
Azərbaycanda dəhşət: qış yuxusundan ayılan ayılar kəndə hücum etdi - FOTOLAR
Şəkinin Baş Zəyzid kəndində qış yuxusundan ayılan ayılar təsərrüfatlara hücum edib. 
 
Faktor.az ARB TV-yə istinadən xəbər verir ki, bu günlərdə vəhşi heyvanlar həyətyanı sahələrə soxularaq inəkləri parçalamaq istəyib. Kənd sakini Əsgər Ramazanov deyib ki, mal-qarasını ayının hücumundn qorumaqda çətinlik çəkirlər: "Mallar saat 4-5-də evə gəlir. Gördüm ki, inək bərildəyir. Səsindən bildim ki mənim inəyimdir. 20-30 adamla güclə əlindən aldıq. İnəyi sürüyə-sürüyə gətirdik, amma öldü. 8 aylıq boğaz inək idi”.
 
Sakinlərin sözlərinə görə, son bir ayda 30-a yaxın iri buynuzlu mal-qara ayı hücumuna məruz qalıb. Son bir həftədə isə 8 baş iri buynuzlu heyvan ayıların qurbanına çevrilib. Ayıların öldürülməsi qanunla qadağan edildiyinə görə, sakinlər heç bir yerə müraciət etmədiklərini deyiblər.
 
Qeyd edək ki, sığorta şirkətləri vəhşi heyvanların öldürdüyü mal-qaraya görə pul ödəmədiyindən sakinlər maddi ziyanlarını qarşılaya bilmirlər.
 
1
1
1








Redaktorun seçimi