Ağrısı dözülməz MAZOLDAN bu yolla bir günə azad olun - VİDEO

Hit: 24617
Ağrısı dözülməz MAZOLDAN bu yolla bir günə azad olun - VİDEO

Daha çox rus dilində işlətdiyimiz mazol sözü bizim dildə döyənəkdir.

Döyənək ən çox ayaqlarda olur. Lakin bədənin başqa yerlərində də meydana gələ bilər. Döyənək ayaqda olan sümük zədələnmələri,ayağı səhv basmaq, ayaqqabının barmaqlara təzyiqi kimi səbəblərdən meydana gələr. Sərt döyənəklər-barmaqların üzərində və kiçik barmaq kənarında yaranır. Yumşaq döyənəklər də isə axıntı olur, göbələyə bənzər və barmaq aralarında meydana gəlir. Döyənək meydana gəlməsinin əsas səbəbi ayağın sürtünməsiylə yaranan təzyiqdir.

Əgər siz də döyənəkdən əziyyət çəkirsinizsə videonu izləyin.

Uzağa getmədən, elə mətbəximizdə olan təbii bitkilərdən istifadə edərək döyənəkləri sağaltmaq olar. 1. Qarğıdalı nişastası. Döyənəklər ayaqların tərləməsi zamanı da yarana bilər. Qarğıdalı nişastası ayaqları tərləməyə qoymur. Ayağınızı təmiz yuyun, qurulayın və barmaqlarınızın arasına nişasta sürtün. Beləcə, ayaqlarınız tərləməyəcək və döyənək olmayacaq. 2. Ananas. Ayaqlarınızı yuyun, qurulayın. Yatmazdan qabaq döyənəyin üstünə bir dilim ananas qoyub tənziflə sarıyın. Səhər yuxudan oyananda yumşaldığını görəcəksiniz. 3. Əncir. Müalicə üçün seçilən əncir kal olmalıdı. Əncirlərin suyunu bir qaba sıxın. Həmin suyu 3 gün ərzində döyənəyin üstünə sürtün. 3 gün sonra müalicəni dayandırın. Özünüz şahid olacaqsınız ki, bərkiyən döyənəklər üçün cərrahiyyə əməliyyatına artıq gərək qalmayıb. 4. Badam yağı. 1 xörək qaşığı badam yağı və 1 çay qaşığı E vitamini bol olan kremi qarışdırın. Bu qarışımı yatmazdan qabaq döyənəyin üstünə çəkin. Səhərisi gün artıq ağrı hiss etməyəcəksiniz.









Redaktorun seçimi