Azərbaycanda qorxunc xəbər dolaşır - İlk rəsmi açıqlama

Hit: 25924
Azərbaycanda qorxunc xəbər dolaşır - İlk rəsmi açıqlama

Son günlərdə sosial şəbəkələrdə yayılan bu xəbər hər kəsi təşvişə salıb. Belə ki, azyaşlı yaşlı uşaqlar arasında “Koksaki” virusunun yayıldığı barədə məlumatlar gəzir. Valideynlər xəstə övladlarının şəkillərini paylaşaraq, digər valideynləri diqqətli olmağa çağırırlar.Onların iddiasına görə, virus ölkəyə Türkiyənin Antalya bölgəsində dincələn azərbaycanlılar tərəfindən gətirilib. Hətta, Rusiyada bu xəstəliyə yoluxan 36 uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Mövzu ilə bağlı mütəxəssislər isə bunun əksini iddia edir.

Pediatr Günay İmanova Sputnikə açıqlamasında bildirib ki, “Koksaki” viral xəstəlikdir: “Su çiçəyi xəstəliyinə bənzəyir. “Koksaki” orqanizmdə yaşayıb, inkişaf edən sidik və nəcislə çölə atılan və yayılan bir virusdur. “Koksaki” xəstələrində çox zaman soyuqdəymənin əlamətləri müşahidə edilir. Nadir hallarda güclü qızdırma və güclü səpmə müşahidə edilir”.

Həkim bildirir ki, koksaki virusuna yoluxan xəstələrdə əl-ayaq, bədən səpmələri, yüksək hərarət, ağız boşluğu və boğazın səpməsi, boğaz-baş ağrısı, qarın ağrısı-qusma müşahidə edilir: “Əllərdə, ayaqlarda səpmələr, qızartılar, qabıq verərək qopmalar, qanamalar, ağızda, udlaqda herpesə bənzər yaralar koksaki virusunun əsas əlamətidir və bütün bunlar yüksək qızdırma ilə yanaşı inkişaf edir”.”Koksaki” gözün zərinə də bulaşa bildiyi üçün gözün kənarlarında sulanmalar, qızartı, batma hiss və s. müşahidə edilə bilər. Xəstəlik güclü yayılma qabiliyyətinə malikdir. Belə ki, xəstə yuyulmamış əli ilə hara toxunsa, həmin yerə toxunan xəstələnə bilər” — mütəxəssis diqqətə çatdırır.

“Bütün bunlara baxmayaraq koksaki virusunun xüsusi bir müalicəsi yoxdur. Xəstəlik əsnasında ancaq ağrıkəsicilərdən istifadə etmək məsləhət görülür. Xəstəlik 7-10 günə sağalır” — G. İmanova əlavə edir.









Redaktorun seçimi