Azərbaycanın yeni PUA-ları hərbi paradda nümayiş olunacaq

Hit: 618
Azərbaycanın yeni PUA-ları hərbi paradda nümayiş olunacaq

Azərbaycan Ordusunun yaranmasının 100-cü yubiley ildönümü münasibəti ilə Bakı şəhərində keçiriləcək hərbi paradda silahlı qüvvələrin istifadəsində yer alan piotsuz uçuş aparatlarının (PUA) bir qismi nümayiş olunacaq.

Faktor.az AzeriDefence-nin məlumatına istinadən xəbər verir ki, hərbi paradda ordunun isrifadəsində yer alan və əvvəlki paradlarda nümayiş etdirilmiş “Orbiter-2” və “Aerostar” taktik PUA-larla yanaşı silahlanmaya yeni daxil olmuş yerli istehsal olan “Orbiter-3” mini-taktik, “Zərbə” kamikadze pilotsuz uçuş aparatı, eləcə də “Hermes 900” və digər taktik PUA-lar nümayiş olunacaq.

Bundan əlavə, paradda iştirak edən şəxsi heyətin bir hissəsi yerli istehsal olan AR-15 “Aztex” hücum tüfəngi ilə keçid edəcək.









Redaktorun seçimi