Trampdan Suriyada kimyəvi silahdan istifadə ilə bağlı açıqlama

Hit: 885
Trampdan Suriyada kimyəvi silahdan istifadə ilə bağlı açıqlama

Tramp Suriyaya kimyəvi silahlarla edimiş hücuma qəti cavab veriləciyinə söz verib.

Faktor.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp həftə sonu Suriyaya sözü gedən kimyəvi silahlarla edilmiş hücuma qəti cavab veriləcəyinə söz verib.

Tramp qeyd edib ki, ABŞ-ın Suriyadakı vəhşilikləri dayandırmağa gücü və çoxlu sayda hərbi seçimləri var. Tramp bildirib ki, "

"Dəməşq yaxınlığında həyata keçirilmiş dəhşətli hücum ilə bağlı cavabın verilməsi üçün qərar qəbul etməyə hazırlaşırıq. Bunun qarşılığı veriləcək və bu çox qüvvətli cavab olacaq. Mən bu cavabın nə vaxt olacağını deyə bilmərəm", - deyə o əlavə edib.

Birləşmiş Millətlər Təşkilatında Rusiya ABŞ-a xəbərdarlıq edib. Rusiya tərəfi bildirib ki, əgər birtərəfli qaydada addım atılsa, bunun ağır nəticələri ola bilər.

Bugün ABŞ elçisi Nikki Heli Suriyada həyata keçirilmiş kimyəvi silah hücumu ilə bağlı Təhlükəsizlik Şurasını araşdırmalar aparmağa çağırıb.

Kamran Əliyev // Faktor.az









Redaktorun seçimi