İşdən çıxarılan nazirlər və komitə sədrləri - SİYAHI

Hit: 1663
İşdən çıxarılan nazirlər və komitə sədrləri - SİYAHI

Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla Nazirlər Kabinetində boş qalmış digər vəzifələrə də təyinatlar olub.

Əvvəlki kabinetdə təmsil olunmuş gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət naziri Əbülfəs Qarayev, müdafiə sənayesi naziri Yavər Camalov, səhiyyə naziri Oqtay Şirəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli yeni tərkibdə də eyni vəzifələrə təyin ediliblər.

Ekologiya və təbii sərvətlər naziri vəzifəsində Hüseyn Bağırovu Muxtar Babayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində Nazim İbrahimovu Fuad Muradov, Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində Aydın Əliyevi Səfər Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində Firudin Nəbiyevi isə Vüsal Hüseynov əvəz edib.

2017-ci ilin dekabrından boş qalan təhsil naziri postuna Ceyhun Bayramov təyin olunub.

Yeni yaradılmış Dövlət Turizm Agentliyinin sədri vəzifəsinə isə Fuad Nağıyev təyinat alıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Əqli Mülkiyyət Agentliyi və Milli Arxiv İdarəsinə (rəis vəzifəsini Ataxan Paşayev tutub) hələlik rəhbər təyin olunmayıb.

Qeyd edək ki, əvvəlki kabinetdə təmsil olunmuş daxili işlər naziri Ramil Usubov, energetika naziri Pərviz Şahbazov, ədliyyə naziri Fikrət Məmmədov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadiyyat naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, müdafiə naziri Zakir Həsənov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, vergilər naziri Mikayıl Cabbarov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov ötən həftə yeni tərkibdə eyni vəzifəyə təyin ediliblər.

Faktor.az









Redaktorun seçimi