Endryu Şofer: - "Münaqişənin yeganə həlli..."
“ABŞ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini güclü şəkildə dəstəkləməyə davam edir”.
Faktor.az-ın məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer deyib.
O bildirib ki, ATƏT-in Minsk qrupunun üzvü kimi tərəflərlə sülh yolu ilə həllin tapılması işində aktiv işləməyə davam edəcək: “ABŞ həmçinin tam olaraq həmsədrlərin ötən gün verilmiş bəyanatını dəstəkləyir. Bu bəyanatda həmsədrlər tərəfləri atəşkəsə hörmət etməyə və təmas xəttində gərginliyin azaldılması üçün təcili tədbirlər görməyə çağırıb.
ABŞ-ın siyasəti sabit olaraq qalır. Münaqişənin yeganə həlli güc tətbiq etməmək, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsiplərini özündə əks etdirən beynəlxalq hüquqa əsaslanan danışıqlar yolu ilə mümkündür”.