"Böyük Yeddilik" ölkələri Rusiyanı qınaq obyektinə çevirdi

Hit: 1768
"Böyük Yeddilik" ölkələri Rusiyanı qınaq obyektinə çevirdi

Böyük Yeddilik ölkələri Rusiyanı qınaq obyektinə çevirdi.

Faktor.az xəbər verir ki, Böyük Yeddilik ölkələrinin xarici işlər nazirləri Rusiyanı Suriyadakı hərəkətlərinə görə beynəlxalq qanunlara zərbə vurduqları üçün qınadılar. Rusiya məsələsi Torontoda keçirilən Böyük Yeddilik ölkələrinin  xarici və təhlükəsizlik nazirlərinin görüşlərinin diqqət mərkəzində idi.  G7 nazirləri Rusiyanın "malign davranışını" araşdırmaq üçün işçi qrupu yaratmağı qəbul etdi. Böyük Yeddilik ölkələri Rusiyanın aqressiv hərəkətlərini araşdırmaq üçün işçi qrupu formalaşdırmağa birgə qərar veriblər. Rusiya xarici işlər naziri Sergey Lavrov Böyük Yeddilik  toplantısını tənqid edib və onu "rus xofu" adlandırıb. Rusiya Parlamenti mayın sonuna qədər qəbul oluna biləcək sanksiyalar üzərində işləyir. Rusiya Dövlət Dumasının spiker Vyacheslav Volodin Rusiyada ABŞ sanksiyalarını  qəbul etmək cinayət kimi hesab ediləcəyini açıqlayıb.

Kamran Əliyev // Faktor.az









Redaktorun seçimi