Məhdudiyyət heç nəyə əngəl deyil - "Fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası" adlı layihə - FOTOLAR

Hit: 1992
Məhdudiyyət heç nəyə əngəl deyil - "Fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası" adlı layihə - FOTOLAR

Bu günlərdə Bakıda maraqlı bir layihə keçirilib.

Belə ki, Sabunçu rayonu 295 saylı orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olmuş "Fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası" adlı layihə çərçivəsində fiziki məhdudiyyətli gənclərin əl işlərindən ibarət sərgi keçirilib.

Sərgidə Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, millət vəkili Dilarə Cəbrayılova və digər nümayəndələr iştirak edib. Qonaqlar layihə çərçivəsində keçirilən sərginin əhəmiyyətindən, gənclərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söz açıb, onların sərgilədikləri əl işlərinin çox böyük marağa səbəb olmasını dilə gətiriblər. Layihə rəhbəri Mətanət Quliyevanın da fiziki məhdudiyyətli olmasına baxmayaraq, çox bacarıqlı gənc olmasını bildirdilər və onu təbrik edərək uğurlar arzulayıblar.

Sonda layihə rəhbəri Mətanət Quliyeva hər kəsə minnətdarlığını bildirərək, sərgidə iştirak edən bacarıqlı gənclərə sertifikatlar təqdim edib.

1
1
1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi