Elçibəyin 80 illik yubileyi Heydər Əliyev sarayında keçiriləcək

Hit: 639
Elçibəyin 80 illik yubileyi Heydər Əliyev sarayında keçiriləcək

Azərbaycanın keçmiş prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin 80 illik yubileyi üzrə İctimai Təşkilat Komitəsinin İşçi Qrupunun toplantısı keçirilib.

Faktor.az xəbər verir ki, toplantıda İşçi Qrupun iş planı təsdiq edilib və görüləcək işlərlə bağlı müzakirələr aparılıb.

İlkin müzakirələrin nəticəsində qərara alınıb ki, Ə.Elçibəyin 80 illik yubileyi ilə bağlı təntənəli yubiley tədbirinin keçiriləcəyi yer kimi Heydər Əliyev Sarayının ayrılması üçün ölkə rəhbərliyinə və müvafiq dövlət qurumlarına müraciət edilsin. Bundan başqa, digər bir tədbirin, “Məhsul” stadionunda-açıq hava şəraitində kütləvi yubiley tədbirinin-mitinqin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilməsi də qərara alınıb.









Redaktorun seçimi