Mədət Quliyevin həyat yoldaşı məşhur aparıcı Zəhra Quliyeva kimdir?

Hit: 37737
Mədət Quliyevin həyat yoldaşı məşhur aparıcı Zəhra Quliyeva kimdir?

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevlə evlənən məşhur aparıcı Zəhra Quliyeva son günlər ölkə mediasının maraq dairəsindədir.

Faktor.az xəbər verir ki, ANS tetelekanalında “Ağıl dəryası” verlişinin aparıcısı olan Z. Quliyeva Space telekanalıda “Sənətkar” layihəsi ilə də izləyicilərinin görüşünə gəlib. İlk həyat yoldaşı olan Cavid Rüstəmov ilə də məhz ANS telekanalında tanış olub və 2011 ci ildə ailə həyatı qurub. Bu evlilikdən Zəhranın bir qız övladı var. 2013-cü ildə analıq məzuniyyəti səbəbi ilə Ans telekanalından çıxan Zəhra Quliyevanın keçmiş həyat yoldaşı Cavid Rüstəmov da həmn ildə ordan uzaqlaşmışdı.

2013-cü ildə Bakı İncəsənət Mərkəzində `Üç künc` adlı ailə sərgisində nümayiş olunan fotoları ölkə gündəmində yaxın illərə qədər müzakirə olanan bir mövzu idi.

Gəncədə doğulub böyüyən Zəhra 2007-ci ildə Bakıya oxumağa gəlib. İlk əvvəl Bakı Mədəni Maarif Texnikumunun Kulturologiya fakültəsinə daxil olub və oranı 2009 -cu ildə fərqlənmə ilə bitirib.  Bitirən kimi də Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olub.

Müsahibələrinin birində “9-cu sinifdə oxuyarkən  “İnternews”un jurnalistika seminarlarına qatılmışam. Gəncədə olanda “Gəncəbasar” qəzetinə 1-2 məqalə də vermişdim, amma sonra bildilər ki, 9-cu sinifdə oxuyuram, dedilər balaca get universitetə hazırlaş” deyən Zəhra xanım jurnalistikanın uşaqlıq arzusu olduğunu vurğulyıb. 2009-cu iləd ANS telekanalıda müsabiqəyə qatılb və seçilərək kanalda fəaliyyətə başlıyıb.

2017-ci ildə Cavid Rüstəmov və Zəhra Quliyevanın boşanma xəbəri yayıldı. Bu haqda keçmiş həyat yoldaşı facebook ünvanında paylaşım edərək “həyatımda qəribə dəyişiklik baş verdi” söyləmişdi.

Həmin ilin sonlarına yaxın isə Zəhra Rüstəmovanın Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevlə evləndiyi xəbəri gündəmə gəldi. Belə ki, o, “Sara Xatun” jurnalına Quliyeva soyadı ilə müsahibə verərək gündəmi təəccüləndirdi.

Dünən, yanvar ayının 31 də Tahir İmanovun ekranlaşdırdığı “Bəxt üzüyü-2” filminin təqdimat mərasiminə qatılılan Mədət Quliyev həyat yoldaşı Zəhra xanımla birlikdə qatıldı. Qeyd edək ki, 2017 ci ildə evlənən  cütlüyün bir qız övladı var.









Redaktorun seçimi