4 yaşlı uşaq qonşunun həyətinə gül qoparmağa girdi və öldü - Azərbaycanda dəhşətli hadisə

Hit: 451
4 yaşlı uşaq qonşunun həyətinə gül qoparmağa girdi və öldü - Azərbaycanda dəhşətli hadisə
Qonşusunun 4 yaşlı uşağının ölümünə səbəb olan qadına hökm oxunub.
 
Faktor.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Lalə İsrafilovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
 
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə L.İsrafilova son söz deyib. O, günahsız olduğunu, uşağın ölümündə günahının olmadığını deyib.
 
Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən L.İstafilova 9 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan İsrafilova məhkəmə zalında həbs edilib.
 
Hadisə 2017-ci il may ayının 9-da Quba rayonunun Bərqov kəndində baş verib.
 
Məlumata görə, kənd sakini, 2013-cü il təvəllüdlü Mustafazadə Fuad Həbib oğlu ailəsinin münasibəti olmadığı 1971-ci il təvəllüdlü İsrafilova Lalə Həsən qızının həyətinə icazəsiz daxil olub.
 
Azyaşlı həyətdəki gülləri yolub, L.İsrafilova bunu görüb və uşağın həyətdən çıxmasını istəyib. Uşaq həyətdən çıxmadığı üçün Bu L.İsrafilova uşağı qovub.
 
F.Mustafazadə qadından qorxaraq həyətdən qaçmağa başlayıb. Həyət darvazasından çıxarkən uşaq küçədə yıxılıb və baş nahiyəsindən aldığı xəsarət nəticəsində dünyasını dəyişib.
 
Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb
 
///Musavat.com








Redaktorun seçimi