“Neymar ancaq “Real”da oynasa, “Qızıl top” qazana bilər” - FOTO

Hit: 625
“Neymar ancaq “Real”da oynasa, “Qızıl top” qazana bilər” - FOTO

“Barselona”nın sabiq futbolçusu Rivaldo maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib.

Faktor.az xəbər verir ki, Braziliya millisi ilə 2002-ci ildə dünya çempionluğunu qazanmış keçmiş yarımmüdafiəçi həmyerlisi Neymar haqqında danışıb.

O, PSJ-də çıxış edən həmyerlisinin Paris klubunda oynamaqla “Qızıl top”u qazanmaq ehtimalının olmadığını bildirib: “Neymar PSJ-də olduqca “Qızıl top”u qazana bilməz. Dünyanın ən yaxşıları İspaniyada oynayır. Neymar “Real”a keçsə, mükafata sahib çıxa bilər. Onsuz da onun “Barselona”da oynaması artıq mümkün deyil. “Real”da dünyanın ən yaxşısı ola bilər”.

Qeyd edək ki, Rivaldo 1999-cu ildə “Qızıl top” mükafatına sahib olub.









Redaktorun seçimi