"Canavarlar" son dəqiqədə oyansalar da... - VİDEO

Hit: 830
"Canavarlar" son dəqiqədə oyansalar da... - VİDEO

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal həyəcanına start verilib.

Faktor.az xəbər verir ki, bu gün mərhələnin ilk oyunu keçirilib.

Sürpriz şəkildə yarımfinala qədər irəliləyən “Liverpul”la “Roma” final yolunda ilk duelə çıxıb. Öncəki mərhələdə müvafiq olaraq turnirin favoritləri “Mançester Siti” və “Barselona”nı yarışdan kənarlaşdıran komandaların mübarizəsi bol qollu olub. Meydan sahibləri 5:2 hesablı qələbəyə seviniblər.

“Qırmızılar”ın qol “silahı” Məhəmməd Salah sabiq klubuna qarşı 2 qol, 2 məhsuldar ötürmə ilə çıxış edib. "Liverpul"dan Firimino da 2 dəfə fərqlənib. "Roma"nın qollarını isə Ceko və Perotti vurub. 

UEFA Çempionlar Liqası

Yarımfinal (ilk oyun)

24 aprel

“Liverpul” (İngiltərə) – “Roma” (İtaliya) - 5:2

Qollar: Salah, 36, 45, Mane, 56, Firimino, 61, 69 - Ceko, 81, Perotti, 85 (pen.)

Baş hakim: Feliks Brix (Almaniya)

Liverpul, “Enfild Roud” stadionu









Redaktorun seçimi