Argentinada “yarpaq tökümü” - Messi, Aquero, İquain, Di Mariya

Hit: 359
Argentinada “yarpaq tökümü” - Messi, Aquero, İquain, Di Mariya

Argentina millisinin bir neçə aparıcı üzvü dünya çempionatından sonra karyerasını bitirə bilər.

Faktor.az “TNT Sports”a istinadən xəbər verir ki, Markos Roxo, Ever Baneqa, Lukas Biqliya, Serxio Aquero, Anxel Di Mariya və Xavyer Maskerano yığma karyeralarını bitirəcəklər.

Həmçinin Lionel Messi və Qonsalo İquainin də Argentina millisi ilə vidalaşmaq ehtimalı da istisna deyil.

Xatırladaq ki, 2016-cı ildə keçirilən Kopa Amerikanın final matçındakı məğlubiyyətin ardından Lionel Messi yığma karyerasını bitirdiyini açıqlamış, lakin 7 həftə sonra fikrindən dönmüşdü.









Redaktorun seçimi