Son dəqiqələrdə gələn qələbələr - YENİLƏNİB

Hit: 1616
Son dəqiqələrdə gələn qələbələr - YENİLƏNİB

Rusiyada keçirilən dünya çempionatı davam edir.

Faktor.az xəbər verir ki, bu gün mundialda daha 3 qarşılaşma oynanılıb.

Günün ilk matçında Braziliya Kosta Rika ilə qarşılaşıb. “Pentakampeonlar” son dəqiqələrdə vurduğu 2 qol sayəsində böyük çətinliklə qələbə qazanmağı bacarıb.

Nigeriya – İslandiya qarşılaşmasının nəticəsi də maraqla gözlənilirdi. Afrika təmsilçisi qalib gəlməklə 2-ci pilləyə yüksəlib və Argentinanı da növbəti mərhələyə ümidləndirib.

Günün son qarşılaşmasında Serbiya ilə İsveçrə üz-üzə gəlib. Serblər erkən topla hesabı açsalar da, İsveçrə son dəqiqə qolu sayəsində qələbəni bayram edib.

DÇ-2018

II tur

22 iyun

E qrupu

Braziliya – Kosta Rika - 2:0

Qollar: Koutinyo, 90+1; Neymar, 90+7

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Sankt Peterburq. “Sankt-Peterburq” stadionu

Serbiya – İsveçrə - 1:2

Qol: Aleksandr Mitroviç, 6 - Qranit Xaka, 52

Baş hakim: Feliks Brix (Almaniya)

Kalininqrad. “Kalininqrad Stadionu”

D qrupu

Nigeriya – İslandiya - 2:0

Qollar: Ahmad Musa, 49, 75

Sarı vərəqə: Brayan İdovu, 44

Baş hakim: Matt Konger (Yeni Zelandiya)

Volqoqrad. “Volqoqrad Arena”

 









Redaktorun seçimi