"Rusiya XİN Ermənistanda baş verənləri yaxından izləyir"

Hit: 489
"Rusiya XİN Ermənistanda baş verənləri yaxından izləyir"

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanda baş verənləri yaxından izləyir

Rusiyanın Xarici İşlər Nazirliyi  Ermənistandakı vəziyyəti yaxından izlədiyini söyləyib. Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasinin və Ermənistanın Moskvadakı səfiri Vardan Toganyanın görüşündən sonra bu barədə Rusiya agentliyinin xəbərində deyilir. "Rusiya tərəfi Moskvanın Ermənistanda daxili siyasi vəziyyətin inkişafını yaxından izləyir və qısa müddətdə qardaş erməni xalqının rifahı üçün vəziyyətin sabitləşməsini istəyirik" deyə qeyd olunub. Bundan əlavə, görüş zamanı iki ölkə arasında xarici siyasət sahəsində əməkdaşlığın aktual məsələləri də müzakirə olunub. Daha əvvəl Kreml qeyd etmişdi ki, onlar Ermənistanda sabitliyin  qorunmasını və  siyasi konsensusun əldə olunmasına ümid etdirdilər.

Kamran Əliyev // Faktor.az









Redaktorun seçimi