Çin ABŞ təyyarələrini lazerlə hədəf alır - İddialar doğru çıxdı

Hit: 448
Çin ABŞ təyyarələrini lazerlə hədəf alır - İddialar doğru çıxdı
Bir müddət əvvəl Çinlə ABŞ arasında baş verən qarşıdurmanın səbəbləri dəqiqləşdirilib.
 
Faktor.az CNN-ə istinadən xəbər verir ki, Çin Sakit Okean üzərində uçan ABŞ təyyarələrini sentyabr ayından bəri lazer silahları ilə nişan alır. İki nəhəng dövlət 2018-ci ilin əvvəllərində Afrikanın şərqindəki Cibutidə yaralanan ABŞ əsgərlərinə görə, üz-üzə gəlmişdi. Pentaqon həmin hadisədə Çini günahlandırmışdı.
 
CNN telekanalının hərbi spikeri sentyabr ayından etibarən ABŞ təyyarələrinin Çinin lazer hücumuna məruz qaldığını bildirib:
 
"Sakit Okeanda baş verən hadisələrə görə, bütün məsuliyyət Çinə məxsusdur".
 
Adının açıqlanmasını istəməyən spiker son hadisələrin son iki həftədə yaşandığını, heç bir ölü və ya yaralının olmadığını qeyd edib.
 
Banu//Faktor.az








Redaktorun seçimi