Son dəqiqə - Türk ordusu Qəndilə çatdı, 35 km ərazi terrorçulardan təmizləndi

Hit: 316
Son dəqiqə - Türk ordusu Qəndilə çatdı, 35 km ərazi terrorçulardan təmizləndi

Şimali İraqda irəliləyişini davam etdirən Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatının əsas bazası olan Qəndilin girişinə çatıb.

Faktor.az xəbər verir ki, mayın 10-dan başlanan əməliyyat  çərçivəsində TSQ təxminən 35 kilometr ərazini terrordan azad edib.

Alınan məlumatlara görə, irili-xırdalı bir çox kəndin olduğu bölgədə, terrorçularla kəndlilərlə iç-içə bir həyat yaşayırlar. Türk ordusu Bradost və Barazgir bölgələrini də terrorçulardan təmizləyib.

Digər tərəfdən, TSQ İraqın şimalındakı Hakurk və Qanı Rash bölgələrini də PKK-çılardan azad edib.









Redaktorun seçimi