Məhərrəm İncə rəsmən açıqladı - Prezident seçilsə PKK-nın siyasi qolu HDP-yə 1 nazir vəzifəsi...

Hit: 301
Məhərrəm İncə rəsmən açıqladı - Prezident seçilsə PKK-nın siyasi qolu HDP-yə 1 nazir vəzifəsi...

Türkiyədə CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə prezident seçiləcəyi təqdirdə PKK terror təşkilatının siyasi qolu HDP-yə bir nazir portfeli verəcəyini açıqlayıb. 

Faktor.az Avropa.info-ya istinadla xəbər verir ki, İncə bundan öncə İyi partiya və Səadət partiyasına da nazir portfelləri verəcəyini bildirmişdi.

Bir neçə gün öncə isə CHP-nin sədr müavini Özgür Özel qatıldığı bir televiziya proqramında seçkinin ikinci tura qalması halında HDP-nin prezidentliyə namizədi Səlahəddin Demirtaşa vitse-prezident vəzifəsi təklif ediləcəyini bildirmişdi.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri uzun müddətdir ki, Suriya və İraq ərazisində terror təşkilatı PKK-ya qarşı inamlı mübarizə aparır.

Faktor.az









Redaktorun seçimi